Portuqaliyada bazar günü növbədənkənar seçkilər keçiriləcək


Portuqaliyada keçmiş baş nazir Antonio Kosta 2023-cü ilin noyabrında yaxın çevrəsindəki korrupsiya iddialarına görə istefa verdikdən sonra martın 10-u bazar günü növbədənkənar ümumi seçkilər keçirir.



Son 5 ildə üçüncü dəfə ümumi seçki üçün sandıq başına gedəcək portuqaliyalılar ölkədə diktaturaya son qoyan 24 aprel 1974-cü il tarixli Qərənfil İnqilabının 50-ci ildönümündə siyasi sabitlik axtarışında olsalar da, sorğular azlıq və ya koalisiya hökumətinin qaçılmaz olduğunu göstərir.

Sorğular göstərir ki, ölkədə 9 ildir ana müxalifətdə olan sağçı Sosial Demokrat Partiyası (PSD) və Xristian Demokratlarla (XSD) qurulan Demokratik Alyans (AD) seçkilərdə birinci olacaq, hazırda təkbaşına iqtidarda olan Sosialist Partiyası (PS) isə az fərqlə ikinci olacaq.

Bununla belə AD-nin 230 yerlik Portuqaliya Parlamentində maksimum 100 deputatı olacağı və 116 deputatın mütləq əksəriyyətini əldə edə bilməyəcəyi gözlənildiyi üçün hökuməti formalaşdırmaq üçün kənardan dəstək almağın zəruri olacağı fikri dominantlıq edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu