İspaniyada keçirilən sorğunun nəticələrinə görə, seçkilərdə Xalq Partiyası qalib gəlib


Bu gün İspaniyada keçirilən növbədənkənar ümumi seçkilərdə ana müxalifətdəki sağçı Xalq Partiyası (PP) qalib gəlib. AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu, "Sigma Dos" adlı şirkətin açıqladığı sorğunun nəticələridir.


Təxminən 37,4 milyon qeydə alınmış seçicinin olduğu İspaniyada saat qurşağında bir saatlıq fərqin olduğu Kanar adaları istisna olmaqla, ölkə daxilində səsvermə prosesi saat 20:00-da (GMT 21:00) başa çatıb.

İspaniyanın dövlət televiziyası TVE-nin verdiyi "Sigma Dos"un açıqladığı sorğunun nəticələrinə görə, ana müxalifətdəki sağçı PP seçkilərdə birinci olub.

Anket nəticələrinə görə, parlament çoxluğunu əldə edə bilməyən PP seçkidən əvvəl gözlənildiyi kimi hökuməti qurmaq üçün ifrat sağçı Vox partiyası ilə koalisiya qurmalıdır.

TVE-də dərc olunan sorğuya görə, 350 yerlik İspaniya parlamentində bölgü belə olub: PP 145/150, Sosialist İşçi Partiyası (PSOE) 113/118, Sumar (sol partiyaların ittifaqından yaradılmış və seçkilərdə ilk dəfə iştirak etmiş partiya) 28-32, Vox 243- digərləri.

Bu proqnozlar özünü doğrultsa, təxminən bir il əvvəl PP-nin prezidenti seçilən 62 yaşlı Alberto Nunez Feijoonun baş nazir olacağı və ölkədə diktator Frankodan sonra İspaniya demokratiyası tarixində ilk dəfə olaraq ifrat sağçı partiyanın hakimiyyətə gələcəyi proqnozlaşdırılır.

Müşahidələr göstərir ki, seçkilərdə fəallıq aşağı olub.

Daxili İşlər Nazirliyinin səsvermənin bağlanmasına təxminən 1,5 saat qalmış açıqladığı son məlumatlara görə, iştirak nisbəti yüzdə 53,12 olub. Bu templə seçici fəallığı 2019-cu ildəki son seçkilərdən təxminən 4 bal geri qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu