Xorvatiyada seçkilərdə Xorvatiya Demokratik İttifaqı qalib gəlib


Xorvatiyada keçirilən ümumi seçkilərdə hakim sağ mərkəzçi Xorvatiya Demokratik İttifaqının (HDZ) qalib gəldiyi açıqlanıb.



Dövlət Seçki Komissiyası (DİP) səslərin 95,54 faizinin hesablandığını və HDZ-nin 60 deputatla 151 yerlik milli parlamentə daxil olduğunu açıqlayıb.

Sosial Demokrat Partiyası (SDP), Mərkəz, Xalq Partiyası-İslahatçılar, Vətəndaş-Liberal İttifaqı (GLAS), Xorvatiya Kəndli Partiyası (HSS) və Adı və Soyadı olan partiyanın (SSIP) yaratdığı "Ədalət Çayları" ittifaqı isə, 42 yerlə ikinci sıradadır.

Parlamentə “Vətən Hərəkatı” ittifaqı 14 deputatla daxil olduğu halda, “Most və ortaqları” alyansı 11, “Bacarırıq” ittifaqı 10, İstra Demokrat Partiyası (İDS) 3, Şimal Platforması 2, Fokus-Respublika ittifaqı isə 1 millət vəkili ilə müstəqil parlamentdə yer alıb.

Milli parlamentin tərkibinə azlıq partiyalarından olan 8 deputat da daxil olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu