Banqladeşdə ictimai kvota qərarına qarşı etirazlarda 75 nəfər ölüb
Banqladeşdə 1971-ci il Qurtuluş Müharibəsində xidmət etmiş şəxslərin övladlarına dövlət sektorunda kvota ayrılması qərarı ilə bağlı etirazlarda 75 nəfərin həyatını itirdiyi bildirilib.
Polis əksəriyyəti paytaxt Dəkkədə olan etirazlarda bu gün 30 nəfərin öldüyünü açıqlayıb.
Səlahiyyətlilər etirazların başladığı gündən ölənlərin sayının 75-ə yüksəldiyini bildirib. Səhiyyə rəsmiləri də 2 mindən çox adamın yaralandığını bildirib.
Ölkədə mobil internet bağlantısının kəsilib, sosial mediaya da giriş məhdudlaşdırılıb.
Banqladeş xəbər saytlarına ölkə xaricindən daxil olmaq mümkün deyil.
Etirazların şiddətinin artması ilə əlaqədar hökumət ölkə daxilində komendant saatı elan edib və orduya vəziyyətə nəzarət etməyi tapşırıb.
Komendant saatı cümə axşamından etibarən qüvvəyə minəcək.
Mənbə: AA