Banqladeşdə istilərlə bağlı xəbərdarlıqlara baxmayaraq, məktəblər yenidən açılıb


Banqladeşdə ümummilli məktəblərin bağlanmasına səbəb olan davamlı istilərə baxmayaraq, təxminən 32 milyon tələbə bazar günü yenidən açılmış məktəblərə qayıdıb.


AFP xəbər verir ki, hava şəraitinə görə, paytaxt Dəkkədə son bir həftə ərzində orta maksimal temperatur 30 illik orta göstəricidən 4-5 dərəcə Selsi (7,2 ilə 9 dərəcə Fahrenheit) yüksək olub, daha bir neçə gün isti hava proqnozu verilib. Sinoptiklərin sözlərinə görə, bu gün və sabah ölkədə orta temperatur +39, çərşənbə axşamı isə +40-a yüksələcək.

Təhsil orqanlarının dərslərin bərpasını elan edən direktivində məktəbəqədər təhsil müəssisələrinin bağlanacağı və ibtidai siniflərdə dərs saatlarının azaldılacağı bildirilib.

Banqladeş Meteorologiya Bürosu bazar günü bildirib ki, isti dalğası ən azı növbəti üç gün davam edəcək.

Sinoptik Kazi Jebunnesa deyib ki, yağış yalnız cümə axşamından sonra bir qədər rahatlıq gətirəcək.

Mütəxəssislər bildirirlər ki, Banqladeş 1948-ci ildə hava qeydləri başlayandan bəri belə güclü istilər görməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu