Kopernik: "Qlobal temperatur bir gündə iki dərəcə yüksəlib"


Qlobal orta temperatur bir gün ərzində kritik istiləşmə həddini iki dərəcə keçib.



Temperaturun artması Avropa Birliyinin Kopernik xidmətinin alimləri tərəfindən qeydə alınıb. Bu barədə təşkilatın rəhbərinin müavini Samanta Burgess X sosial şəbəkəsində məlumat verib.

Analitiklərin fikrincə mərhələ noyabrın 17-də qısa müddətə keçib. Sənayedən əvvəlki dövrlə müqayisədə Yer kürəsində temperatur Selsi üzrə 2,06 dərəcə artıb. Bundan başqa cümə günü havanın temperaturu 1991-2020-ci illərin səviyyəsini orta hesabla 1,17 dərəcə keçib. Beləliklə, 17 noyabr tarixdə ən isti gün olub.

İqlim alimləri xəbərdarlıq edirlər ki, sənayedən əvvəlki səviyyədən iki dərəcə yüksək davamlı istiləşmə planet və onun ekosistemləri üçün geri dönməz nəticələrə səbəb olacaq. Orta qlobal temperaturun bir yarım dərəcə yüksəlməsindən qorunmaq 2015-ci il Paris iqlim sazişinin əsas məqamı olaraq qalır. Burgessin sözlərinə görə, noyabrın 17-də qeydə alınan temperatur rekordu müqavilənin şərtlərini pozmasa da, dünyanın bundan o qədər də uzaqda olmadığını nümayiş etdirib. O, həmçinin CNN-ə müsahibəsində qeyd edib ki, Kopernik məlumatları ilkindir və real müşahidələrlə təsdiqini tələb edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu