Sierra Leonedəki hərbi düşərgəyə hücum zamanı 19 nəfər həyatını itirib
Noyabrın 26-na keçən gecə Sierra Leonedə naməlum şəxslərin hərbi düşərgəyə təşkil etdiyi hücumda 19 nəfər həyatını itirib.
Hərbi sözçüsü İssa Banqura ölkənin paytaxtı Fritaundakı "Wilberforce" hərbi düşərgəsinin silah anbarına edilən hücumda 13 əsgər və bir polis məmuru olmaqla 19 nəfərin öldüyünü, 8 nəfərin isə yaralandığını açıqlayıb.
Hücumla əlaqədar 3 şübhəlinin tutulduğunu bildirən Banqura hazırda vəzifədə olan və təqaüddə olan əsgərlər də daxil olmaqla, hücumda iştirak edən hər kəsi tutmaq üçün əməliyyatlara başladıqlarını qeyd edib.
Noyabrın 26-na keçən gecə Fritaundakı "Wilberforce" hərbi düşərgəsindəki silah anbarına naməlum şəxslərin hücumu zamanı bölgədəki həbsxanadan çox sayda məhbus qaçıb. Hücumla əlaqədar ölkə daxilində qismən komendant saatı elan edilib.
Sierra Leone prezidenti Julius Maada Bio hücumla bağlı xalqa müraciətində ölkədə sakitliyin bərpa olunduğunu və hücumun liderlərinin çoxunun tutulduğunu açıqlayıb.