Liviyada polislərə hücum nəticəsində 10 nəfər həyatını itirib


Liviyanın paytaxtı Tripolidə naməlum şəxslərin aralarında Sabitliyə Dəstək Birliyinin polisləri də daxil olduğu qrupa qarşı həyata keçirdiyi hücumda 10 nəfər ölüb.



Tripolinin Əbu Səlim bölgəsində dünən həyata keçirilən hücumla bağlı Tripoli Polis İdarəsinin rəisi Halil Vuheybenin açıqlaması Tripoli Polis İdarəsinin sosial media hesabında yer alıb.

Əbu Səlim bölgəsində bir evdə Sabitliyə Dəstək Birimi polislərinin də olduğu bir qrupa qarşı naməlum şəxslər tərəfindən silahlı hücum təşkil edildiyini qeyd edən Vuveybe, hücumda 10 nəfərin öldüyünü bildirib.

Vuheybe polis bölmələrinin hücumun baş verdiyi evdə lazımi araşdırmalar apardığını və cinayətkarların tapılması üçün araşdırmalara başlanıldığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu