Çadda təhlükəsizlik qüvvələrinə edilən hücumda çox sayda insan həyatını itirib


Çadın paytaxtı Encemine şəhərində təhlükəsizlik qüvvələrinə edilən hücumda çox sayda insan həyatını itirib.



Çadın rabitə naziri Abderaman Kullamalah mətbuata verdiyi açıqlamada səhər saatlarında Milli Dövlət Təhlükəsizlik Təşkilatına silahlı hücum olduğunu bildirib.

Hücumda çox sayda insanın həyatını itirdiyini deyən Kullamalah, ölənlərlə bağlı məlumat verməyib.

Hücumla bağlı istintaq başladıldığını bildirən Kullamalah vəziyyətin tamamilə nəzarət altına alındığını və cinayətkarların tutulduğunu açıqlayıb.

Hücuma görə müxalif Sərhədsiz Sosialist Partiyası günahkar hesab olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu