Çadda müxalifət lideri Yaya Dillo öldürüldü


Çad hakimiyyəti müxalifət lideri Yaya Dillonun təhlükəsizlik qüvvələri ilə toqquşmada öldüyünü təsdiqləyib.



Milli mətbuatda yer alan xəbərə görə, prokuror Ömər Muhammed Kedelaye mətbuata verdiyi açıqlamada Dillonun dünən təhlükəsizlik qüvvələri ilə qarşıdurmada həyatını itirdiyini bildirib.

Dillonun rəhbərlik etdiyi Sərhədsiz Sosialist Partiyasının paytaxt Enceminedəki qərargahında dünən silah səslərinin eşidildiyi və partiya liderinin öldürüldüyü bildirilib.

Çadın kommunikasiya naziri Abderaman Kullamalah dünən səhər saatlarında Milli Dövlət Təhlükəsizlik Agentliyinə silahlı hücum olduğunu açıqlayıb və hücuma görə Sərhədsiz Sosialist Partiyasını məsuliyyət daşıdığını bildirib.

Müvəqqəti prezident Məhəmməd İdris Debi İtnonun qohumu Yaya Dillo hökuməti tənqid etməsi ilə tanınırdı.

Keçmiş prezident İdris Debi İtno 2021-ci ildə öldürüldükdən sonra onun 37 yaşlı oğlu Məhəmməd İdris Debi İtno 15 generaldan ibarət Hərbi Keçid Şurasının rəhbəri təyin edilib.

İtno seçkilərin 18 aylıq keçid dövründən sonra keçiriləcəyini, hakimiyyətin mülki şəxslərə veriləcəyini və namizədlərin olmayacağını vəd etmişdi.

Çadda prezident seçkilərinin birinci turunun mayın 6-da, ikinci turunun isə iyunun 22-də keçirilməsi qərara alınıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu