Çin Honq-Konqdakı bütün konsulluqlardan yerli işçilərin şəxsi məlumatlarını tələb edir


Çin Xarici İşlər Nazirliyi Honq Konq Xüsusi İnzibati Bölgəsindəki bütün konsulluqların yerli işçilərinin şəxsi məlumatlarının onlara ötürülməsini xahiş edib. Nazirlik Honq-Konqdakı bütün konsulluqlara və Avropa İttifaqı ofisinə məktub göndərib.


Honq-Konqdakı xarici konsulluqların yerli işçilərinin adları, vəzifələri, yaşayış ünvanları, şəxsiyyət nömrələri və səyahət sənədi nömrələrini ehtiva edən siyahıların oktyabrın 18-dək Nazirliyə təqdim edilməsi tələb olunub.

Bildirilib ki, gələcəkdə işə götürüləcək yerli işçilərin məlumatları işə qəbul olunduqdan sonra 15 gün ərzində paylaşılmalıdır.

Məktubda bildirilir ki, sorğu “Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasına uyğun olaraq” edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu