Rusiya və Ukrayna arasında 600 əsir hərbçi dəyişdirilib



Rusiya ilə Ukrayna arasında 600 əsir hərbçinin mübadiləsi həyata keçirilib.

AFN.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda Kiyevin nəzarətində olan ərazilərdən 300 Rusiya əsgərinin geri qaytarıldığı, bunun müqabilində isə 300 Ukrayna hərbçisinin qarşı tərəfə təhvil verildiyi bildirilib.

Əsir dəyişdirilməsi prosesinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və ABŞ-ın vasitəçiliyi ilə baş tutduğu vurğulanıb. Hazırda azad edilən Rusiya hərbçilərinin Belarusda olduğu və yaxın vaxtlarda Rusiyaya gətiriləcəyi qeyd edilib.

Ukrayna Prezidenti Volodimir Zelenski də sosial media hesabı üzərindən etdiyi paylaşımda daha 300 ukraynalı hərbçinin evlərinə qayıtdığını təsdiqləyib. Zelenski azad olunanların çoxunun bir ildən artıq, bəzilərinin isə 2022-ci ildən bəri əsirlikdə olduğunu diqqətə çatdırıb.

“Bütün əsirlərin azad edilməsi üçün fəaliyyətimizi davam etdirəcəyik”, - deyən Ukrayna lideri vasitəçilik səylərinə görə ABŞ-a təşəkkürünü bildirib. Qeyd edək ki, bu mübadilədən bir gün əvvəl də tərəflər arasında daha 400 hərbçi sərbəst buraxılmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu