Rusiya və Ukrayna arasında 314 əsir hərbçi mübadiləsi həyata keçirilib


ABŞ, Rusiya və Ukrayna arasında keçirilən üçtərəfli görüşlərdə əldə olunmuş razılığa əsasən, 314 əsir hərbçinin mübadiləsi baş tutub.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, 157 Rusiya hərbçisinin Ukraynadan geri qaytarıldığı, bunun müqabilində isə Ukrayna Silahlı Qüvvələrinin 157 əsir hərbçisinin təhvil verildiyi bildirilib. Ukrayna ordusu tərəfindən əsir götürülən Kursk bölgəsi sakini olan 3 Rusiya vətəndaşının da geri qaytarıldığı qeyd edilib.

Məlumatda həmçinin qeyd olunub ki, Rusiya hərbçiləri hazırda Belarusdadır. Onlara lazımi psixoloji və tibbi yardım göstərilir, yaxın vaxtlarda isə müalicə və reabilitasiya üçün Rusiya Müdafiə Nazirliyinə məxsus xəstəxanalara köçürüləcəklər.

Ukrayna Prezidenti Volodimir Zelenski də sosial media hesabından etdiyi paylaşımda Rusiya ilə aparılan əsir mübadiləsi nəticəsində hərbçilərlə yanaşı, ukraynalı mülki şəxslərin də evlərinə qaytarıldığını bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu