Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub


Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi çərçivəsində 261 Rusiya və 277 Ukrayna əsgəri azad edilib.



Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə Ukrayna ilə əsir mübadiləsinin aparıldığı bildirilib.

Açıqlamada "Danışıqlar prosesi nəticəsində Kiyev rəhbərliyinin nəzarətində olan torpaqlardan 246 rus əsgəri alındı. Bunun müqabilində 246 Ukrayna əsgəri verildi. Bundan əlavə, jest olaraq 31 əsgər 15 yaralı rus əsgəri qarşılığında Ukraynaya təslim edildi" ifadələri işlədilib.

Açıqlamada azad edilən rus əsgərlərinin Belarusda olduğu və əsgərlərə lazımi tibbi və psixoloji dəstəyin göstərildiyi, əsgərlərin nazirliyin səhiyyə ocaqlarında müalicə olunmaq üçün Moskvaya aparılacağı bildirilib.

Ukrayna prezidenti Volodimir Zelenski Telegram hesabında verdiyi açıqlamada Rusiya ilə əsir mübadiləsi nəticəsində 277 ukraynalı əsgərin vətənə qayıtdığını bildirib.

Müharibə başlayandan bəri Ukraynaya əsir mübadiləsi prosesində ümumilikdə 4552 nəfərin gətirildiyi barədə məlumatı paylaşan Zelenski "Hamını gətirməliyik" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu