Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi baş tutub


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub. Bu çərçivədə 90 Rusiya və 90 Ukrayna əsgəri ölkələrinə qayıdıb.



Ukrayna prezidenti Volodimir Zelenski əsir mübadiləsi ilə bağlı BƏƏ-yə təşəkkür edib.

Rusiya Müdafiə Nazirliyi də 90 rus əsgərinin Ukrayna bölgələrindən təxliyə edildiyini bildirərək, Birləşmiş Ərəb Əmirliklərinin rus əsgərlərinin əsirlikdən qayıtmasında humanitar vasitəçi kimi çıxış etdiyini qeyd edib.

Mənbə: DHA




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu