Fransa müdafiə xərclərini NATO-nun təyin etdiyi hədəfə qədər artıracaq
![](/uploads/posts/2024-02/1708026427_fransa.jpg)
Fransa NATO üzvlərinin ümumi daxili məhsullarının ən azı 2 faizini müdafiəyə xərcləmələri üçün qarşıya qoyduğu hədəfə çatacağını açıqlayıb.
Fransanın müdafiə naziri Sebastien Lecornu Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Sammiti öncəsi çıxışında Fransanın bu il NATO-nun müəyyən etdiyi ümumi daxili məhsulun (ÜDM) 2 faizini hərbi büdcəyə ayırma hədəfinə çatacağını bildirib.
Lecornu vurğulayıb ki, üzərində dayanılması lazım olan əsas məqam ÜDM-in 2 faizini müdafiə xərclərinə ayırmaqdansa, bu nisbətin hərbi sahədə səmərəli istifadəsidir.
Fransa parlamenti 7 illik hərbi büdcənin 2023-cü ildə 413 milyard avroya çatdırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Fransa 2030-cu ildə hərbi büdcəsini 2019-cu ilə nisbətən iki dəfə artırmağı hədəfləyir.