Norveç müdafiə büdcəsini artırmağı planlaşdırır


Norveç hökuməti tarixi artım olaraq xarakterizə etdiyi müdafiə büdcəsini 12 ildə təxminən 56 milyard dollar artırmağı hədəfləyən büdcə planını parlamentə təqdim edəcəyini açıqlayıb.



Norveç hökuməti rəsmi internet saytında uzunmüddətli müdafiə büdcəsi planı ilə bağlı bəyanat dərc edib və bunu tarixi artım kimi qiymətləndirib.

Açıqlamaya görə, Norveçin baş naziri Jonas Gahr Store müdafiə büdcəsini təxminən 56 milyard dollar artıraraq 2036-cı ilə qədər ümumi müdafiə xərclərini təxminən 152 milyard dollar hədəflədiklərini ifadə edib.

Norveçin yaranan təhlükəsizlik mühitində məqsədə uyğun bir müdafiəyə ehtiyacı olduğunu ifadə edən Store, bu vəziyyətin heç bir ölkəni və ya NATO-nu təhdid etmədiyini, müharibə vəziyyətində ölkələrini qoruyacaq vəziyyətdə olmaları lazım olduğunu söyləyib.

NATO üzvü olan ölkənin ən az beş yeni freqat və sualtı qayıq istədiyini qeyd edən Store, ölkənin ilk uzun mənzilli hava hücumundan müdafiə sistemini almaq və ordunu bir briqadadan üç briqadaya çatdırmaq istədiyini bildirib.

Norveçin maliyyə naziri Trygve Slagsvold Vedum bu artımın dövlət xidmətlərində azalma olmadan edilə biləcəyini və təklif olunan xərclərin Norveçdə məşğulluq və investisiya yarada biləcəyini söyləyib.

Hakim koalisiyanın 169 yerlik Stortinq parlamentində təklifə dəstək qazanacağı gözlənilsə də, səsvermənin tarixi hələ müəyyən edilməyib.

Qeyd edilib ki, Norveç hazırda 9 min olan əsgərlərinin sayını 2036-cı ildə 13 min 500-ə çatdırmağı hədəfləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu