Türkiyənin müdafiə sənayesi müəssisələrinin ümumi büdcəsi 75 milyard dollara yüksələcək - Ərdoğan


Türkiyə hökuməti ölkənin müdafiə sənayesi müəssisələrinin ümumi büdcəsini 75 milyard dollara çatdırmaq niyyətindədir.


AFN.az-ın xəbərinə görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan bildirib. "Müdafiə sənayesində layihələrin sayı 62-dən 750-yə, şirkətlərin sayı 56-dan 2700-ə yüksəlib. Biz hakimiyyətə gələndə (2002-ci ildə) 5,5 milyard dollar dəyərində müdafiə layihələri həyata keçirilirdi. Bu gün bu rəqəmi 60 milyard dollara, tender mərhələsində olan layihələri nəzərə alaraq, müdafiə sənayesi büdcəsini 75 milyard dollara çatdırırıq", - deyə o, ilk yerli "Anadolu" desant gəmisinin orduya təhvil verilməsi mərasimində danışıb.

Ərdoğanın qeyd edib ki, ölkəsi müdafiə sektorunda xaricdən asılılığın nəzərəçarpacaq dərəcədə azalmasına nail olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu