Norveç Rusiya neftinə qoyulan embarqoya görə milyardlar qazanıb


Norveç 2022-ci ildə Avropanın Rusiya enerjisinə tətbiq etdiyi embarqoya görə 100 milyard dollar qazanıb.


AFN.az bu barədə "The New York Times"ə istinadən xəbər verir. Bildirilir ki, Norveç hökuməti təkcə neft və qaz yataqlarına deyil, həm də mədən şirkətlərinin böyük səhm paketlərinə sahibdir. Rusiyadan yanacaq ixracının azaldılmasından sonra enerjiyə artan tələbat sayəsində dövlət neft və qaz gəlirlərini 125 milyard dollara çatdırıb - 2021-ci illə müqayisədə təxminən beş dəfə.

Enerji şirkətləri də 2022-ci ildə daha yüksək mənfəət əldə etdiklərini açıqlayıblar. Norveç neft holdinqlərini idarə edən dövlətə məxsus "Petoro" 2022-ci ildə təxminən 50 milyard dollar qazanıb ki, bu da əvvəlki ildən demək olar ki, üç dəfə çox, "Equinor" isə 75 milyard səkkiz faizlik rekord düzəliş edilmiş mənfəət əldə edərək və bu yanacağın Avropaya əsas təchizatçısı olub. Norveç sularında neft hasilatının artması da ötən istilik mövsümündə avropalıların evlərini qızdırmaqda mühüm rol oynayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu