Dünyanın ən böyük üzən dəniz RES-i istifadəyə verildi
Dünyanın ən böyük üzən dəniz külək elektrik stansiyası (RES) “The Hywind Tampen”in rəsmi açılışı olub.
Norveç mərkəzli enerji şirkəti "Equinor"dan verilən açıqlamaya görə, ümumi quraşdırılmış gücü 88 meqavat olan elektrik stansiyasının ildə 200 min ton karbon emissiyasının qarşısını alması gözlənilir.
Norveçin Şimal dənizindən 140 kilometr aralıda inşa edilən elektrik stansiyası cəmi 11 turbindən ibarətdir.
Elektrik stansiyası öz gücü ilə dünyanın ən böyük dəniz SES olmaqla yanaşı, həm də dənizdəki neft və təbii qaz platformalarını qidalandıran ilk elektrik stansiyası olma xüsusiyyətinə malikdir.
Bölgədəki neft və təbii qaz platformalarının illik enerji ehtiyacının 35 faizini ödəyəcək elektrik stansiyası üçün 7,4 milyard Norveç kron sərmayəsi qoyulub.