İran ölkənin neft ixracının iki illik rekorda çatdığını bildirib


İranın neft ixracı ötən ay gündəlik 1,3 milyon barreli keçərək son iki ilin ən yüksək səviyyəsinə yüksəlib.


AFN.az "Financial Times"a istinadən xəbər verir ki, bu barədə İranın iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzi bildirib. Xanduzinin sözlərinə görə, ilin ilk 11 ayında (İran təqviminə görə il martın 21-də başlayır) qeyri-neft ixracı 53 milyard dollara yüksəlib. "Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12% çoxdur. Həmin dövrdə idxal 60 milyard dollar təşkil edib" - deyə iranlı nazir qeyd edib.

İranın qeyri-neft gəlirlərinin artmasınə şərh edən Xanduzi qeyd edib ki, bu, həm də vergidən yayınma ilə mübarizənin gücləndirilməsinin nəticəsidir.

Qeyd edək ki, İranın Neft, Qaz və Neft-Kimya İxracatçıları Birliyinin sözçüsü Həmid Hüseyni İRNA-ya açıqlamasında neft ixracının böyük hissəsinin dünya ÜDM-də payının 15%-ni təşkil edən Çinə getdiyini bildirib. O, qeyd edib ki, İranın 2022-ci ilin mart-sentyabr ayları arasında neft gəlirləri 26 milyard dollar təşkil edib ki, bu da ötən ilin göstəricilərindən 8 milyard dollar çoxdur.

Görünən odur ki, Çin Qərbin sanksiyaları ilə üzləşən ölkələrdən neft alışını artırır. Rusiya və İrana sanksiyalardan yayınmağa kömək edən ÇXR 2020-ci ildə Çin İranla 300 milyard dollar dəyərində əməkdaşlıq müqaviləsi imzalayıb. Həmin müqaviləyə əsasən İran neftini ciddi endirimlə əldə edir. Rusiya məhz Çinin çox aşağı qiymət təklifinə görə neftini daha çox Hindistana yönəltməyə çalışır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu