"Qeyri-neft ixracımız 59% artıb" - nazir


Bu ilin yanvar ayında Azərbaycanın ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 90,1%, qeyri-neft sektoru üzrə ixracı isə 59% çox olub.


Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinin davam etdirilməsi və yerli sahibkarların xarici bazarlara çıxış imkanlarının təşviq edilməsinin uğurlu nəticəsidir", - deyə o, qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu