"Bu il qeyri-neft ixracının dəyəri 2 mlrd dolları ötəcək" - nazir


"Azərbaycanın qeyri-neft sektorunun ixracı artır. Bu ilin 8 ayında qeyri-neft ixracının dəyəri 1,58 milyard ABŞ dollarından çox olub".


"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,1% artım deməkdir. 2021-ci ilin sonuna qədər qeyri-neft ixracının 2 milyard dolları ötəcəyi proqnozlaşdırılır", - deyə o, qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu