Fransa-ABŞ böhranına görə NATO konsepsiyasına yenidən baxılacaq
“Fransa və ABŞ münasibətlərindəki böhran NATO üçün yeni bir strateji konsepsiyanın müəyyən edilməsinə güclü təsir göstərir”.
Bunu Fransa xairic işlər naziri Jan-İv Le Drian deyib. Onun sözlərinə görə, ancaq bu, Fransanın İttifaqdan çıxmasına səbəb olmayacaq:
“NATO Fransa Prezidentinin xahişi ilə konsepsiyanın müzakirəsinə başlayıb. Madriddəki növbəti sammitdə yeni bir strateji konsepsiya üzərində iş aparılacaq. Aydındır ki, yeni konsepsiyanın təyin olunması baş verənlərlə əlaqəli olacaq”.