Fransa və Almaniya XİN başçıları Rusiyaya əlavə sanksiyaların tətbiqini müzakirə edəcəklər


Fransa xarici işlər naziri Jan-İv Le Drian bu gün Almaniyaya səfər edəcək.


AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Jan-İv Le Drian Berlində almaniyalı həmkarı Annalena Beerbok ilə görüşəcək. Tərəflər Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edəcəklər.

Nazirlər həmçinin aprelin 6-7-də keçiriləcək NATO xarici işlər nazirlərinin və aprelin 11-də baş tutacaq Avropa İttifaqı xarici işlər nazirlərinin iclasının gündəliyinə dair fikir mübadiləsi aparacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu