KİV: NATO Fransada sağların qalib gəlməsindən qorxur


NATO üzvləri parlament seçkilərindən sonra Fransada sağçı qüvvələrin hakimiyyətə gəlməsi ehtimalından “ciddi narahatdırlar” və bu, Fransanın alyansın hərbi komandanlığından çıxmasına səbəb ola bilər.


AFN.az xəbər verir ki, bu barədə "Euractiv" portalı assosiasiya ölkələrinin adı açıqlanmayan diplomatlarına istinadən bildirib.

Portalın mənbələrindən birinə görə, NATO diplomatları seçkilərdən sonra yaranmış yeni vəziyyətdə Fransanın 1966-cı ildə olduğu kimi, hərbi komandanlıqdan çıxmaq qərarına gələ biləcəyi ehtimalını istisna etmir. Hərbi ekspert Mişel Düklos diplomatların nöqteyi-nəzəri ilə razılaşıb, o hesab edir ki, sağçı Milli Birlik Partiyası parlamentdə hakimiyyətə gələrsə, hərbi strukturdan “yumşaq və incə” çıxmaq istiqamətində fəaliyyətə başlaya bilər.

"Fransanın NATO missiyalarına dəstək üçün verdiyi qoşunlar daha aşağı rütbəli ola bilər. Fransa da ümumilikdə daha az əsgər verə bilər", - deyə o əlavə edib.

Mənbələrin fikrincə, seçkilər nəticəsində sağların hakimiyyətə gəlməsi Fransanın NATO-dakı gələcək təsirini sual altına qoya bilər, çünki aparıcı sağçı Milli Birlik Partiyası alyansa üzv olmağın və Kiyevə yardım göstərməyin məqsədəuyğunluğuna şübhə edir. Bundan əlavə, portalın mənbələri hesab edir ki, Fransa siyasi məsələlərdə də “Rusiyaya müraciət edə bilər”.

Ukraynadakı münaqişə fonunda partiya NATO ilə bağlı mövqeyini yumşaldıb. Belə ki, Milli Birliyin lideri Jordan Bardella hakimiyyətə gələrsə, Fransanı NATO-nun ümumi hərbi komandanlığından çıxarmaq niyyətini artıq bəyan edib, lakin bunun yalnız ilin sonundan sonra edilə biləcəyini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu