Ukraynanın NATO-ya üzv olmaqdan imtinası təhlükəsizlik zəmanəti ilə əvəz oluna bilər
Ukraynanın NATO-ya üzv olmaqdan imtinası danışıqlar zamanı Kiyev üçün təhlükəsizlik zəmanəti ilə əvəz oluna bilər.
Bunu Avstriyanın “Die Presse” nəşri sitat gətirən Çexiya prezidenti Petr Pavel deyib.
“Sonradan biz danışıqlar apara bilərik, çünki Ukraynanın NATO-ya üzvlüyü nəyəsə dəyişdirilə bilər. Məsələn, hərbi mövcudluqdan söhbət gedəndə zəmanətlər haqqında” deyə prezident qeyd edib.
Bundan əvvəl ABŞ prezidentinin xüsusi köməkçisi, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji planlaşdırma üzrə baş direktoru Tomas Rayt Ukraynanın gələcəkdə NATO-ya daxil olmasına şübhə ilə yanaşıb.