Sloveniya noyabrda NATO-ya üzvlüklə bağlı referendum keçirə bilər
Sloveniya Dövlət Assambleyasının (parlamentin aşağı palatası) sədri Zoran Stevanoviç ölkənin NATO-ya üzvlüyü barədə noyabr ayında, yerli özünüidarəetmə orqanlarına seçkilərlə eyni vaxtda referendumun keçirilməsi təklifi ilə çıxış edib.
AFN.az xəbər verir ki, siyasətçi rəhbərlik etdiyi avroskeptik "Həqiqət" (Pravda) partiyasının "X" sosial şəbəkəsindəki hesabında yerləşdirilən videomüraciətində xərclərə qənaət etmək məqsədilə bu addımı dəstəkləyib: "Dünən yerli seçkiləri noyabrın 15-nə təyin etdiyim üçün gələcək xərcləri də nəzərə alaraq, Sloveniyanın NATO-ya üzvlüyü məsələsini də bura daxil edib bir "meqa-referendum günü" təşkil edə bilərik".
Qeyd edək ki, aprelin 10-da parlament sədri vəzifəsinə seçildikdən qısa müddət sonra Zoran Stevanoviç Moskvaya səfər etmək və Sloveniyanın Şimali Atlantika Alyansından çıxması barədə referendum təşkil etmək niyyətində olduğunu bəyan etmişdi.



