Fransada NATO-dan çıxmağın tərəfdarları artır


Fransada solçu partiyaların Yeni Xalq Cəbhəsi koalisiyasının rəhbəri Jan-Lük Melenşon prezident olacağı təqdirdə Fransanın NATO-dan çıxma perspektivini dəyərləndirib.


İspaniyada dərc olunan "El Pais" qəzeti siyasətçinin açıqlamasını dərc edib.

“Mən Yelisey sarayında olsaydım, əlbəttə ki, ölkəni sistemli və mütəşəkkil şəkildə NATO-dan çıxarardım. Xüsusən də hərbi münaqişə zamanı bunu edərdim ki, biz bu münaqişəyə sürüklənməyək”, - deyə o bildirib.

Fransız siyasətçinin sözlərinə görə, NATO-nun strategiyası müharibə aparmaqdan ibarətdir. Mélenşon ölkələrin tərksilahı və barışığını müdafiə edir.

Bundan əvvəl Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippo bildirib ki, Fransa NATO-dan çıxmalıdır. O, ölkənin Moskva ilə Kiyev arasında hərbi münaqişəyə cəlb oluna biləcəyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu