ABŞ-dan Körfəz ölkələri üçün 3-cü səviyyəli xəbərdarlıq



ABŞ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Səudiyyə Ərəbistanı üçün 3-cü səviyyəli səyahət xəbərdarlığı yayımlayaraq, bölgədəki vətəndaşlarını davam edən raket və pilotsuz uçuş aparatı təhdidləri səbəbindən ərazini tərk etməyi düşünməyə və ya sığınacaqlarda hazır olmağa çağırıb.

AFN.az xəbər verir ki, ABŞ Dövlət Departamenti BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanındakı səfirlikləri vasitəsilə ayrı-ayrılıqda xəbərdarlıqlar yayıb.

3-cü səviyyəli xəbərdarlıqda qeyd olunub ki, bölgədə davam edən qarşılıqlı hücumlar sözügedən ölkələrdə raket və PUA təhlükələrini artırıb. Xəbərdarlıqda bu ölkələrdə yaşayan ABŞ vətəndaşlarına bölgəni tərk etməyi nəzərdən keçirmək və ya olduqları yerlərdə sığınmağa hazır olmaq tövsiyə edilib.

BƏƏ və Səudiyyə Ərəbistanı daxilində kommersiya uçuşlarının davam etdiyi bildirilsə də, buna baxmayaraq gecikmələrin və ləğv olunma hallarının mümkünlüyü ifadə edilib. Diplomatik mənbələr təhlükəsizlik vəziyyətinin hər an dəyişə biləcəyi barədə xəbərdarlıq edərək, vətəndaşları yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etməyə çağırıblar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu