Çində zəlzələ baş verib
Çin Seysmoloji İdarəsi çərşənbə axşamı ölkənin şimal-qərbindəki Qansu əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alındığını açıqlayıb.
Zəlzələ yerli vaxtla saat 19.32-də Qansu əyalətinin Ciuquan şəhər dairəsinin Subey qraflığında qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.