Çin və Qırğızıstan sərhəddində zəlzələ baş verib


Fevralın 25-də Çinin şimal-qərbində 5,9 bal gücündə zəlzələ baş verib.



Bu barədə RİA Novosti məlumat yayıb.

Çin Seysmoloji Mərkəzinin məlumatına görə, 5,9 bal gücündə zəlzələ Sincan-Uyğur Muxtar Vilayətinin Qızılsu-Qırğız Muxtar Vilayətinin Akçi rayonu yaxınlığında qeydə alınıb. Zərərçəkənlər barədə məlumat açıqlanmayıb.

Öz növbəsində, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) Çində Qırğızıstanla sərhəddə 5,7 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb. Zəlzələ Çinin 535 min əhalisi olan Aksu şəhərindən 158 kilometr qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı yeddi kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu