Tokionun şərqində 5,4 bal gücündə zəlzələ baş verib


Yaponiyanın paytaxtı Tokionun şərqində, Çiba sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.



Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Çiba prefekturasının Katsuura və İsumi prefekturasının sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

Yerli vaxtla saat 12.12-də 50 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə “nəhəng dalğa” xəbərdarlığı olmayıb.

Zəlzələ bütün Çibada, eləcə də paytaxt Tokioda və ətrafdakı Kanaqava, İbaraki və Saitama prefekturalarında hiss olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu