Yaponiyanın şimal-şərqində 5,5 bal gücündə zəlzələ baş verib
Yaponiyanın şimal-şərqindəki Miyaqi prefekturasının sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Miyaqi prefekturasının Sakit okean sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Yerli vaxtla saat 04.33-də və 60 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə “nəhəng dalğa” xəbərdarlığı edilməyib.
Yeraltı təkanlar bütün şimal-şərq əyalətlərində, o cümlədən yaxınlıqdakı İvate və Fukuşimada hiss olunub.
Miyagidə Tohoku Electric Power tərəfindən idarə olunan Onaqava Atom Elektrik Stansiyasında heç bir anormallıq aşkar edilməyib.
NHK ictimai yayımının yerli bələdiyyəyə əsaslanaraq verdiyi məlumata görə, Tohoku, Yamaqata və Akita yüksək sürətli qatar xətlərinin işində heç bir fasilə yaranmayıb.