BƏƏ hava məkanı müvəqqəti bağlanmadan sonra yenidən açılıb



Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) müvəqqəti olaraq bağlanan hava məkanının yenidən açıldığını elan edib.

AFN.az xəbər verir ki, BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-ın yaydığı məlumata görə, Mülki Aviasiya Baş İdarəsi (GCAA) təxminən iki saat davam edən ehtiyat tədbirlərindən sonra ölkə daxilində hava hərəkətinin bərpa olunduğunu açıqlayıb.

İdarə tərəfindən verilən bəyanatda bildirilib ki, vəziyyətin sabitləşməsi və müvəqqəti məhdudiyyətlərin aradan qaldırılmasından sonra hava hərəkəti normal fəaliyyətinə qayıdıb. Qərarda vurğulanıb ki, bu addım əməliyyat və təhlükəsizlik vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, habelə aidiyyəti qurumlarla koordinasiyalı iş nəticəsində atılıb.

Qeyd edək ki, İranın ABŞ və İsrail hücumlarına cavab olaraq hədəf aldığı BƏƏ bir qədər əvvəl təhlükəsizlik məqsədilə hava məkanını müvəqqəti və qismən bağladığını, raket və PUA hücumlarının qarşısını almağa çalışdığını bəyan etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu