İraqda PUA hücumundan sonra "Sarsang" yatağında neft hasilatı dayandırılıb
İraq Kürdüstanında ABŞ-ın "HKN Energy" şirkəti tərəfindən istismar olunan "Sarsang" yatağında döyüş pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra neft hasilatı işləri dayandırılıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə muxtar regionun Neft Nazirliyinin təhlükəsizlik üzrə müşaviri Karvan Baban məlumat verib.
"İki pilotsuz uçuş aparatı yatağa hücum edib", – deyə "Rudaw" xəbər portalı müşavirin sözlərini sitat gətirib. Hücum nəticəsində istehsalat güclərinə ziyan dəyib və nəticədə "şirkət neft hasilatını dayandırıb". Təhlükəsizlik üzrə müşavir əlavə edib ki, hücum zamanı xəsarət alan olmayıb.




