Bu il Azərbaycanda 31,6 mln ton neft hasil edilib
2020-ci ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda 31,6 mln ton neft (kondensatla birlikdə) hasil edilib.
Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin 11 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 2,6 mln ton az olub.
Respublika üzrə neft hasilatının 21,6 mln tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,2 mln tonu (kondensat) “Şahdəniz”in payına düşüb.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 6,8 milyon ton təşkil edib.