Boğazı bağlayan Rusiya tankeri yedəyə alınıb


İstanbulda Boğaziçi boğazında gəmilərin hərəkətini əngəlləyən Rusiya neft tankeri uğurla yedəyə alınıb.


Bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsindən bildirilib.

Rusiyadan İzmirə üzən “Peria” gəmisi Bosfor boğazından keçərkən əlverişsiz hava şəraiti səbəbindən lövbər sırasına düşüb. Gəmi İstanbuldakı Küçükçekmece estakadasına çəkilib. Boğazdan gəmilərin keçidi təxminən 14 saatlıq fasilədən sonra bərpa edilib.

Liberiya bayrağı altında üzən 250 metrlik tanker şimal-cənub istiqamətində hərəkət zolağının mərkəzi hissəsində dayanıb. Onun yaxınlığında iki yedək gəmisi və bir sahil mühafizə gəmisi işləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu