Ukraynadan gələn taxıl gəmisi Bosfor boğazından keçib


Ukraynadan yola düşən “Dayanıqlı Afrika” adlı taxıl yüklü gəmi Bosfor boğazından keçərək İsrailə doğru hərəkət edib.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya taxıl dəhlizi sazişindən çıxdıqdan sonra Palau bayrağı altında üzən 76 metr uzunluğundakı “Dayanıqlı Afrika” yük gəmisi taxıl yükü ilə birlikdə Odessanın Çornomorsk limanını tərk edib.

Gəmi gecə saatlarında Ukrayna ərazi sularına, Rumıniya ərazi sularına, daha sonra Bolqarıstan ərazi sularına və nəhayət, Türkiyə ərazi sularına daxil olub.

İsrailə getmək üçün təxminən 1,5 gün sonra Kumköy sahillərinə çatan gəminin heyətinin Ukrayna, Türkiyə və Misir olduğu öyrənilib.

Kumköydəki prosedurlardan sonra gecə saat 04.30 radələrində Boğaziçi boğazından keçən taxıl gəmisinin İsrailə gedəcəyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu