Taxıl dəhlizi ilə 13 milyon tondan çox taxıl daşınıb


Rusiya-Ukrayna müharibəsi səbəbindən yaşanan “ərzaq böhranı” riskini aradan qaldırmaq üçün Türkiyənin səyi nəticəsində yaradılan “taxıl dəhlizi”dən 524 gəmi vasitəsi ilə 13 milyon tondan çox taxıl daşınıb.


AFN.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilir. Qurum xatırladılır ki, Ukraynadan ilk gəmi 1 avqust 2022-ci ildə qarğıdalı yükü ilə yola düşüb. Açıqlamaya görə, indiyə kimi Ukraynaya 520 gəmi göndərilib: "524 gəmi taxıl yükləri ilə Ukraynadan yola düşüb. Bu gəmilərdə 13 milyon tondan çox taxıl daşınıb.Bundan əlavə, gəmilərlə qarğıdalı, buğda, günəbaxan unu, günəbaxan yağı, şəkər çuğunduru, soya, noxud, arpa kimi ərzaq məhsulları da daşınıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu