Ukraynadan yük daşıyan gəmi qəzaya uğradı


Ukraynadan qarğıdalı daşıyan gəmi Süveyş kanalında quruya çırpılıb.


AFN.az-ın məlumatına görə, “Balker Glory” yük gəmisi Yunanıstanın “Target Marine” şirkətinə məxsusdur.
Gəmi Ukraynadan taxıl ixracı üçün Qara dəniz dəhlizi layihəsində iştirak edib və yüklə Çinə göndərilib. Gəminin uzunluğu 225 m, eni 32 m-dən çox, su basımı isə 76 min tondan artıqdır.
Hazırda gəmidə 65 min tona yaxın qarğıdalının olduğu bildirilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu