Rusiya hərbi gəmisi Danimarkanın ərazi sularına daxil olub
Danimarkanın Müdafiə Nazirliyi Rusiyaya məxsus hərbi gəminin ölkənin ərazi sularına daxil olduğunu iddia edib.
AFN.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.
Sözügedən gəminin Baltik dənizində Danimarka ərazisinə daxil olduğu qeyd olunub.