Danimarka Ukraynaya 833 milyon dollar dəyərində silah paketi təhvil verəcək


Danimarka Ukraynaya tanklar, piyada döyüş maşınları, tank sursatları və zenit silahları da daxil olmaqla 5,8 milyard DKK (833 milyon dollar) dəyərində silah paketi verəcək.


AFN.az xəbər verir ki, bu barədə "Reuters" Danimarka Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məkumatda bildirilir ki, bütün məbləğ üç mərhələdə bölüşdürüləcək - bu il 4,3 milyard, 2024-cü ildə 1,4 milyard və 2025-ci ildə 52 milyon DKK.

“Bir il yarımdan çox davam edən müharibədən sonra biz müdafiə ehtiyatlarımızı praktiki olaraq tükəndirmişik. Buna görə də biz indi Ukraynanın burada və indiki ehtiyaclarına cavab verən daha məqsədyönlü birgə satınalmalar və beynəlxalq əməkdaşlıq imkanlarını nəzərdən keçiririk”, - deyə Danimarkanın xarici işlər naziri Lars Lukke Rasmussen bildirib.

Nazir əlavə edib ki, bu, 2022-ci ilin fevralında müharibə başlayandan bəri Danimarkanın Ukraynaya göndərdiyi on ikinci və ən böyük yardım paketidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu