Bu dövlət Ukraynaya silah yardımı üçün 43 milyon dollar ayırdı


Danimarka hökuməti Ukraynaya yeni yardım paketi ayırıb.


AFN.az-ın məlumatına görə, silah və texnikanın alınmasına sərf olunacaq vəsaitin həcmi 43 milyon dollardır.
“Ukraynanın azadlıq mübarizəsi həmçinin, bizim və Avropanın azadlıq mübarizəmizdir. Məhz buna görə də hökumət parlamentdəki partiyalarla birlikdə Ukraynaya daha 300 milyon Danimarka kronu ayırmaq qərarına gəlib” - Danimarkanın müdafiə naziri Yakob Elleman-Yensen belə deyib.
Müdafiə Nazirliyi pulun Danimarka müdafiə departamentinin büdcəsindən ayrılacağını və Londonun idarə etdiyi Ukrayna üzrə Beynəlxalq Fonda veriləcəyini qeyd edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu