Avropa ölkələri Trampın mövqeyinə uyğun olaraq Ukraynaya münasibətini dəyişir - KİV


Vaşinqtonun avropalı müttəfiqləri Kiyevə dəstək verməklə bağlı yanaşmalarını dəyişir, onu Moskva ilə danışıqlar aparmaq arzusunu ifadə edən ABŞ prezidenti Donald Trampın mövqeyinə uyğunlaşdırır.


AFN.az xəbər verir ki, mövzu ilə bağlı analitik məqalə “Politico” qəzetində dərc olunub.

“Ukrayna ilə bağlı strategiya Avropada ABŞ-ın bəyanatlarının tonunun dəyişməsinə uyğun olaraq sakitcə dəyişir. Bu dəyişiklik sarsılmaz dəstək vədlərindən Kiyevin onun üçün sərfəli mövqe təmin etməklə danışıqlar masasına oturtmaq cəhdlərinə qədər gəlib çıxıb” - deyə məqalədə qeyd edilib. Bildirilir ki, Trampın Ukraynadakı münaqişəyə son qoymaq niyyəti ilə bağlı bəyanatları ilə əlaqədar Avropa ölkələrinin liderləri sülh danışıqlarında aparıcı rol oynamaq istəklərini nümayiş etdirirlər.

Nəşrin yazdığına görə, bu yeni strategiya fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında ən bariz şəkildə özünü göstərəcək. "Bu dəfəki tədbir Amerikanın əvvəlki lideri, demokrat Co Baydenin administrasiyasından fərqli şəkildə keçiriləcək. Həmin konfransda ABŞ və müttəfiqləri Kiyevə lazım olan müddət ərzində dəstək verməyə hazır olduqlarını bildiriblər.

Nəşrin həmsöhbət olduğu mənbə bildirib ki, Ukrayna və ABŞ nümayəndələri konfransdan əvvəl təhlükəsizlik sahəsində uzunmüddətli təminatları müzakirə ediblər. "Bu, avropalıların təmin edə bilmədiyi peyklər kimi silah və kəşfiyyat aktivlərinə aiddir", - məqalədə deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu