Qətər “Məkkə ittifaqı”na dəstək verir, amma qoşulmağa tələsmir


Qətər “Məkkə ittifaqı”nın yaradılmasını dəstəkləsə də, bu bloka qoşulmaq barədə danışmaq üçün hələ tez olduğunu açıqlayıb.

AFN.az xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin Media və Kommunikasiya Departamentinin direktoru İbrahim Sultan əl-Haşimi bildirib.

Onun sözlərinə görə, Doha region ölkələrinin təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasına yönələn bütün təşəbbüsləri, o cümlədən “Məkkə ittifaqı”nı dəstəkləyir.

Əl-Haşimi bildirib ki, müdafiə sazişi regional əməkdaşlığın gücləndirilməsinə xidmət edir. O, Qətərin Səudiyyə Ərəbistanının təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması üçün atdığı addımları dəstəklədiyini deyib.

Qətər rəsmisi həmçinin husilərin Səudiyyə Ərəbistanına, müqəddəs məkanlara və mülki obyektlərə hücumlarını pisləyib.

Qeyd edək ki, “Məkkə ittifaqı” Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan birgə müdafiə sazişi əsasında yaradılıb. 




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu