ABŞ: Ukraynaya dəstək barədə qərar verilməyib

Birləşmiş Ştatlar Ukraynaya hərbi dəstəyin davam edib-etməməsi ilə bağlı hələlik qərar verməyib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.
O, iyunun 5-6-da Brüsseldə NATO müdafiə nazirlərinin toplantısı öncəsi jurnalistlərə açıqlamasında deyib: “ABŞ danışıqlara sadiqdir. Davamlı dəstək barədə heç bir qərar qəbul edilməyib. NATO ərazisinin təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu müdafiə xərcləri planlarını yerinə yetirməkdir.”