NATO-da Ukraynaya təyyarələrin çatdırılması məsələsi müzakirə ediləcək


NATO-ya üzv dövlətlərin müdafiə nazirləri Ukraynaya görə toplaşacaqlar.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, toplantıda təyyarələrin Ukraynaya tədarükü məsələsi müzakirə ediləcək. Müdafiə nazirləri fevralın 14-15-də Belçikanın paytaxtı Brüsseldə keçirilməsi planlaşdırılan iclasda həmçinin Ukraynaya gələcəkdə hərbi təchizat və digər məsələləri gözdən keçirəcəklər.

NATO nazirlərinin böyük toplantısı başlamazdan öncə Ukraynaya yardım üzrə təmas qrupunun ayrıca iclasının keçirilməsi gözlənilir. Təmas qrupu ABŞ-ın müdafiə naziri Lloyd Ostin, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli Vaşinqton və onun müttəfiqləri tərəfindən yaradılıb.

Toplantılarda Ukraynanı müdafiə naziri Oleksiy Reznikov təmsil edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu