Çin ABŞ-ı Tayvanı silahlandırmağı dayandırmağa çağırıb


Birləşmiş Ştatlar Tayvanı silahlandırmaqdan və Çinin daxili işlərinə qarışmaqdan əl çəkməlidir.


Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq keçirdiyi brifinqdə TASS-ın Çin və ABŞ liderləri arasında Kaliforniyada apardığı danışıqlardan sonra ABŞ-ın Tayvana silah tədarükünü davam etdirmək planlarını şərh etmək xahişinə cavab olaraq bildirib.

"Tayvan məsələsi həmişə Çin-Amerika münasibətlərində ən mühüm və həssas məsələ olub" - deyə Mao Ning bildirib. O qeyd edib ki, ABŞ Tayvanı silahlandırmağı dayandırmalı, Çinin daxili işlərinə qarışmağı dayandırmalı və Çinin sülh yolu ilə birləşməsini dəstəkləməlidir.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, ABŞ prezidenti Co Bayden noyabrın 15-də keçirilən iclasda Vaşinqtonun Tayvana silah tədarükünü davam etdirmək niyyəti barədə Çin prezidenti Si Cinpini xəbərdar edib. Kirbi qeyd edib ki, silah tədarükünün davam etməsi ABŞ-ın Tayvanı özünümüdafiə imkanları ilə təmin etmək istəyi ilə bağlıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu