ABŞ Tayvanı silahlandırmağa davam edərsə, Çin Rusiyaya silah verəcək


Çində gələcəkdə Rusiyaya hər hansı silah ötürülməsi ehtimalı ABŞ-ın Tayvana hərbi dəstək verməsi ilə müqayisə edilir.


AFN.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Tsin Qan bildirib. O, keçirdiyi mətbuat konfransı zamanı "Niyə ABŞ Çindən Rusiyaya silah verməməyi tələb edir, halbuki onlar Tayvana silah satmağa davam edir?" - deyə irad səsləndirib. Tsin Qan ABŞ rəsmilərinin Tayvan məsələsinə qarışmasının absurd olduğunu deyib və bunu "Çin xalqının işi" adlandırıb. "Heç bir başqa ölkənin buna qarışmağa haqqı yoxdur", - deyə çinli diplomat bildirib.

Ukraynadakı müharibə ilə bağlı Qin bildirib ki, Çin böhran yaratmayıb, o, böhranın tərəfi deyil və heç bir tərəfə silah verməyib: "Biz müharibə ilə sülh arasında sülhü, sanksiyalarla dialoq arasında dialoqu, alovu yandırmaq və temperaturu azaltmaq arasında isə sonuncunu seçmişik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu